Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə "King & Queen of the Court" ("Meydançanın kralı və kraliçası") turniri keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Mayın 23-də baş tutacaq yarışda 10 kişi və 12 qadın komandası çempionluq uğrunda mübarizə aparacaq.
Bakı Su İdmanı Sarayında təşkil olunacaq turnirdə peşəkar çimərlik voleybolçuları iştirak edəcəklər.
Mənbə: report.az