IMG-LOGO

Ana Falu: Mənzil siyasəti bərabərsizliyi əhəmiyyətli dərəcədə azalda bilər

22 May 2026 16:31 5 baxış
IMG

Mənzil siyasəti də daxil olmaqla, dövlət siyasətlərinin əksəriyyəti hələ də gender aspektini kifayət qədər nəzərə almır.

"Report" xəbər verir ki, bu barədə "Latın Amerikası Qadınları və Yaşayış Mühiti" Şəbəkəsinin həmtəsisçisi Ana Falu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində bildirib.

"Biz mənzil məsələsindən həddindən artıq sadələşdirilmiş şəkildə danışa bilmərik. Anlamaq lazımdır ki, mənzil və şəhərlər, mənzil və rayonlar, mənzil və ərazilər ayrılmazdır. Gender-həssas şəhər planlaşdırması və mənzil siyasəti, doğrudan da, qadınların həyatındakı qayğı yükü və reproduktiv əməkdən qaynaqlanan bərabərsizliyi əhəmiyyətli dərəcədə azalda bilər", - o qeyd edib.

O qeyd edib ki, bütün dünyada qadınlar layiqli mənzilə, şəhər infrastrukturuna və ictimai məkanlara çıxışda sistemli maneələrlə üzləşirlər.

A.Falunun sözlərinə görə, dövlət siyasətində gender yanaşmasının olmaması, xüsusilə də yoxsulluq və sürətli urbanizasiya şəraitində, sosial bərabərsizliyi yalnız daha da artırır: "Biz diqqətimizi gündəlik həyata, gender zorakılığına, qayğıya və reproduktiv əməyə cəmləməliyik. Biz bu mövzunu prioritet etməli və müzakirələrin mərkəzinə qoymalıyıq".

O vurğulayıb ki, müasir şəhərlər təhlükəsizlik məsələləri, xidmətlərin əlçatanlığı, nəqliyyat infrastrukturu və sosial dəstək sistemləri nəzərə alınmaqla formalaşdırılmalıdır. A.Falunun fikrincə, əksər hallarda qadınların üzərinə düşən uşaqlara və ailəyə qulluq üzrə ödənişsiz əməyə xüsusi diqqət yetirilməlidir.

Mənbə: report.az

Xəbər lenti