IMG-LOGO

Anar Quliyev: "Bakı standartları" növbəti WUF-lar üçün əsas olacaq" - EKSKLÜZİV

22 May 2026 17:35 3 baxış
IMG

"Bakı standartları" Ümumdünya Şəhərsalma Forumunun (WUF) növbəti sessiyalarının keçirilməsi üçün əsas olacaq.

Bunu "Report"a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən 13-cü sessiya çərçivəsində imzalanmış memorandumlar və əldə olunmuş razılaşmalar gələcək forumların gündəliyində də nəzərə alınacaq:

"Azərbaycan ilə Keniyanın müvafiq nazirliyi arasında memorandum imzalanıb. Eyni zamanda türkdilli dövlətlərin aidiyyəti nazirləri arasında əməkdaşlıq memorandumu da imzalanıb. Amma bunlar forum çərçivəsində əldə olunmuş əlavə nəticələrdir. Forumun əsas nəticələri nazirlərin iclasının yekun sənədində və "Call to Action" adlı çağırış sənədində əksini tapıb. Bu sənəd bütün dünya ölkələrinə, BMT-yə üzv dövlətlərə mənzil təminatı sahəsində problemlərin həlli ilə bağlı çağırışdır. Azərbaycan ilk dəfə olaraq WUF çərçivəsində xüsusi şəhərsalma mükafatının təsis olunmasını təklif edib. BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) müxtəlif mükafatları var idi, amma WUF-la bağlı ayrıca mükafat yox idi. Azərbaycan belə bir təşəbbüs irəli sürdü ki, forum çərçivəsində ən yaxşı şəhərsalma layihələri təqdim olunsun və onlar mükafatlandırılsın".

Mənbə: report.az

Xəbər lenti