IMG-LOGO

WUF13 başa çatdı: Azərbaycan və BMT-nin bayraqları endirildi - VİDEO

22 May 2026 17:35 2 baxış
IMG
1 0

WUF13 Bakıda bayraq endirmə mərasimi ilə başa çatıb.

Lent.az xəbər verir ki, Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) bayraq endirmə mərasimi ilə başa çatıb.

Mərasim forumun rəsmi bağlanışını simvolizə edib və növbəti Ümumdünya Şəhərsalma Forumuna keçidi ifadə edib.

WUF13 çərçivəsində urbanizasiya, adekvat mənzilə çıxış, dayanıqlı şəhərlərin inkişafı, iqlim dəyişiklikləri və şəhər idarəçiliyi ilə bağlı çoxsaylı sessiyalar, nazirlər görüşləri və yüksək səviyyəli müzakirələr keçirilib.

Qeyd edək ki, növbəti Ümumdünya Şəhərsalma Forumu 2028-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində keçiriləcək.

https://t.me/apa_az/119844

 

WUF13

Mənbə: lent.az

Xəbər lenti