IMG-LOGO

İsveçrə Aİ-nin Rusiya və Belarusa qarşı sanksiyalarının çoxuna qoşulub

22 May 2026 18:53 4 baxış
IMG

İsveçrə Avropa İttifaqının (Aİ) Rusiya və Belarusa qarşı 20-ci sanksiya paketinin böyük bir hissəsini qəbul edəcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Sanksiyalar mayın 22-si saat 23:00-da qüvvəyə minəcək.

İsveçrə hökuməti bildirib ki, 115 fiziki və hüquqi şəxs sanksiyalara məruz qalıb. Onların aktivləri dondurulub, pul vəsaitlərinin verilməsi, eləcə də ölkəyə giriş və onun ərazisindən tranzit qadağan edilir. Sanksiyalar həm də Rusiyanın hərbi-sənaye kompleksinin və energetika sektorunun əməkdaşlarına qarşı tətbiq edilib.

"İsveçrə həmçinin Rusiyanın kölgə donanmasının fəaliyyətinin qarşısının alınması üzrə Aİ-nin növbəti tədbirlərinə qoşulur. Əlavə 46 gəmiyə qarşı alqı-satqı və xidmətlə bağlı hərtərəfli qadağalar tətbiq edilib, Aİ-nin siyasətinə uyğun olaraq isə 11 gəmiyə qarşı mövcud qadağalar aradan qaldırılıb", - İsveçrə hökumətinin bəyanatında bildirilib.

Mənbə: report.az

Xəbər lenti