IMG-LOGO

Sergen Yalçın gecə həyatına tez qayıtdı: Arxa oturacaqdakı qadına diqqət yetirin

22 May 2026 19:46 4 baxış
IMG
2 0

Bu yaxınlarda “Beşiktaş”la yollarını ayıran Sergen Yalçın İstanbulun gecə həyatında görünüb. Yalçınla birlikdə olan aktyor Eren Hacısalihoğlunun mətbuata münasibəti axşamın ən yaddaqalan məqamı olub, maşındakı sirli qadın da diqqət çəkib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşqçilikdən ayrıldıqdan sonra diqqətdən kənarda qalan Sergen Yalçın aktyor dostu Eren Hacısalihoğlu ilə birlikdə İstanbul gecə klubunda fotoqrafların obyektinə tuş gəlib. Onların gecəni həmin klubda keçirdiyi məlum olub. 

Mətbuat nümayəndələri məkanın çıxışında şəkil çəkdirməyə çalışarkən qısa müddətlik tıxac yaranıb. Bu müddət ərzində aktyor Eren Hacısalihoğlunun müxbirlərə qarşı sərt münasibəti diqqəti cəlb edib.

Hacısalihoğlunun bəzi mətbuat nümayəndələrinə qarşı kobud ifadələr işlətdiyi iddia edilir. Daha sonra aktyor Sergen Yalçının maşınında həmin yerdən ayrılıb.

Digər tərəfdən, nəqliyyat vasitəsindəki bir qadın da diqqəti cəlb edib. 

Arxa oturacaqda oturan qadın kameralardan gizlənməyə çalışsa da, görüntülərə düşüb. Bu anlar sosial mediada ən çox müzakirə olunan detallardan birinə çevrilib.

Gərgin vəziyyət zamanı Sergen Yalçın heç bir açıqlama verməyib. Təcrübəli məşqçi suallara cavab olaraq susub.

İdman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti