IMG-LOGO

Tramp: FES-in yeni rəhbəri tamamilə müstəqil olmalıdır

22 May 2026 22:21 2 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Federal Ehtiyat Sisteminin (FES) yeni sədri Kevin Uorş dövlət başçısından da asılı olmayacaq dərəcədə tamamilə müstəqil olmalıdır.

"Report"un məlumatına görə, o, bunu Ağ Evdə nizamlayıcının yeni rəhbərinin andiçmə mərasimində deyib.

D.Trampın sözlərinə görə, FES rəhbəri yalnız öz işini görməyə diqqət yetirməli və siyasi liderliyə tabe olmamalıdır.

Daha əvvəl ABŞ lideri əvvəlki FES rəhbəri Jerom Pauellin siyasətini tənqid edərək, əsas faiz dərəcəsinin aşağı salınmasının zəruriliyini bildirib.

Mənbə: report.az

Xəbər lenti