IMG-LOGO

Tramp oğlunun toyunda iştirak edə bilməyəcək

23 May 2026 01:48 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp dövlət işləri səbəbindən böyük oğlu Donald Tramp-kiçiyin toyunda iştirak edə bilməyəcəyini açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

ABŞ lideri ailəsi ilə birlikdə olmaq istədiyini, lakin hökumət işi ilə bağlı şəraitin ona Vaşinqtonu tərk etməyə mane olduğunu bildirib.

Tramp həmçinin oğlunu və onun gələcək həyat yoldaşını qarşıdan gələn toy münasibətilə təbrik edib.

Mediada yayılan məlumatlara görə, Donald Tramp-kiçik model Bettina Andersonla Baham adalarının birində evlənməyi planlaşdırır.

Mənbə: report.az

Xəbər lenti