IMG-LOGO

Venesuelada amnistiyadan sonra 390-dan çox məhbus azadlığa buraxılıb

23 May 2026 06:36 4 baxış
IMG

Cari ilin fevralında amnistiya qanununun qüvvəyə minməsindən bəri Venesuelada 390-dan çox məhbus azadlığa buraxılıb.

"Report"un məlumatına görə, Bolivar Respublikasının Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.

"Hazırda 395 nəfər azadlığa buraxılıb və bilirəm ki, yaxın saatlarda bu rəqəm 500-ü keçəcək", - Rodriqes deyib.

O, "Demokratik birgəyaşayış və Sülh" proqramının rəhbərliyini amnistiya qanununun bundan sonrakı tətbiqinə diqqət yetirməyə çağırıb.

Rodriqes həmçinin qeyd edib ki, amnistiya qanunu sayəsində 8 426 vətəndaş tam azadlığa buraxılıb, ittihamlar və hüquqi məhdudiyyətlər aradan qaldırılıb, cinayət işləri ləğv olunub, hüquq-mühafizə orqanlarına hesabat vermək öhdəlikləri qaldırılıb.

Onun sözlərinə görə, 20 fevral 2026-cı ildə qüvvəyə minən amnistiya qanunundan əvvəl 885 nəfər cinayət məsuliyyətindən azad edilib.

Milli barışıq və sülhə yönəlmiş ümumi amnistiya təşəbbüsü Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes tərəfindən irəli sürülüb. Qanun 1 yanvar 1999-cu ildən bu günə qədər olan dövrü əhatə edir. Lakin amnistiya insanlığa qarşı ağır cinayətlər, insan hüquqlarının pozulması, qəsdən adam öldürmə, korrupsiya və narkotik qaçaqmalçılığında məhkum edilmiş şəxslərə şamil olunmur.

Mənbə: report.az

Xəbər lenti