IMG-LOGO

ABŞ İrana qarşı əlavə zərbələr endirə bilər

23 May 2026 05:53 4 baxış
IMG
2 0

Son anda aparılan danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

Lent.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, məsələ birbaşa ABŞ lideri ilə müzakirə olunub. Nəşr qeyd edir ki, Vaşinqton danışıqlardan nəticə çıxmayacağı təqdirdə, Tehrana qarşı yeni hərbi addımlar variantını gündəmdə saxlayır.

Tramp daha əvvəl İranın mümkün razılaşmaya “müsbət cavab” verəcəyinə ümid etdiyini bildirib, əks halda hərbi əməliyyatların mümkünlüyünü istisna etməyib.

abş iran

Mənbə: lent.az

Xəbər lenti