IMG-LOGO

Amerikanın tanınmış reperi Rob Beys 59 yaşında vəfat edib

23 May 2026 08:58 4 baxış
IMG

"It Takes Two" hitinin yaradıcısı, tanınmış amerikalı reper Rob Beys 59 yaşında vəfat edib.

"Report"un məlumatına görə, bu barədə musiqiçinin instaqram səhifəsində bildirilib.

"Bu gün (dünən-red) hip-hop əfsanəsi Rob Beysin xərçəng xəstəliyi ilə uzun müddət mübarizə apardıqdan sonra ailəsinin əhatəsində ölməsi barədə xəbəri ürək ağrısı paylaşırıq", - paylaşımda deyilir.

"It Takes Two" 1988-ci ildə Billboard siyahılarında üçüncü yerə yüksəlib. Jurnalistlər mahnını "mədəni əlamət" adlandırıblar, çünki "Snoop Dogg" və "Black Eyed Peas" da daxil olmaqla çoxsaylı sənətçilər onu ifa ediblər.

Mahnı həmçinin "The Proposition" və "Iron Man 2" də daxil olmaqla bir neçə Hollivud filminin saundtreklərində yer alıb.

Mənbə: report.az

Xəbər lenti