IMG-LOGO

"Morq"a girib 11 meyitə təcavüz etdi

23 May 2026 13:19 4 baxış
IMG
1 0

ABŞ-da psixopat məhkəmə-tibbi ekspertiza binasına gizlicə daxil olaraq, 11 meyitə təcavüz edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Arizona ştatında qeydə alınıb.

31 yaşlı Fenris Lu binanın qapısını sındıraraq "morq"a daxil olub. Təhlükəsizlik kameralarına əks olunan görüntülərdə onun paketlərə bükülmüş meyitlərə qarşı əxlaqsız hərəkətlər etdiyi görülüb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə nəticəsində həm müəssisənin əmlakına, həm də saxlanılan meyitlərə zərər dəyib.

Fenris Luya qanunsuz daxilolma, əmlaka ziyan vurma, qapı sındırmaq üçün alət saxlama, nəzarətdən yayınma və ölən şəxslərlə bağlı qanun pozuntusu daxil olmaqla bir neçə ittiham irəli sürülüb. 

Hadisə Morq meyitlər ABŞ

Mənbə: lent.az

Xəbər lenti