"Digər mühüm məsələ isə yağış sularının idarə olunmasıdır".
Lent.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov APA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında intensiv urbanizasiya nəticəsində təbii su axınlarının dəyişməsi müəyyən ərazilərdə subasma risklərini artırır:
"Qeyd etdiyimiz kimi, Dövlət proqramı çərçivəsində bu risklərin azaldılması üçün yeni kollektor xətlərinin çəkilməsi, mövcud drenaj sistemlərinin yenidən qurulması və yağış sularının ayrıca idarə olunması konsepsiyası tətbiq ediləcək.
Ümumilikdə məqsəd Bakı və Abşeron yarımadasında müasir, dayanıqlı və iqlim dəyişikliklərinə uyğunlaşdırılmış su və kanalizasiya infrastrukturunun formalaşdırılmasıdır. Bu isə həm əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmasına, həm də ekoloji təhlükəsizliyin gücləndirilməsinə xidmət edəcək".
subasma ADSEA Bakı yağış kanalizasiyaMənbə: lent.az