Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
Lent.az apasport.az-a istinadla xəbər verir ki, millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır. Milliyə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:
S. Ad / Soyad Klub 1 Rza Cəfərov Qəbələ 2 Şahrudin Məhəmmədəliyev Qarabağ 3 Emil Balayev Neftçi 4 Bədavi Hüseynov Qarabağ 5 Cəlal Hüseynov Arda (Bolqarıstan) 6 Anton Krivotsyuk Daejon Hana (Cənubi Koreya) 7 Rahil Məmmədov Araz-Naxçıvan 8 Elvin Bədəlov Neftçi 9 Rəhman Daşdəmirov Sabah 10 Qismət Alıyev Zirə 11 Elvin Cəfərquliyev Qarabağ 12 Rüfət Abbasov Şamaxı 13 Tellur Mütəllimov Sabah 14 Toral Bayramov Qarabağ 15 Emin Mahmudov Neftçi 16 Səbuhi Abdullazadə Sumqayıt 17 Rəhim Sadıxov Turan Tovuz 18 Mustafa Əhmədzadə Araz-Naxçıvan 19 Emil Səfərov Neftçi 20 Abdulla Xaybullayev Sabah 21 Aleksey İsayev Sabah 22 Rüstəm Əhmədzadə Sumqayıt 23 Ayxan Hüseynov Turan Tovuz 24 Vüsal İsgəndərli Partizani (Albaniya) 25 Xəyal Əliyev Sabah 26 Nəriman Axundzadə Kolambus Kryu (ABŞ) 27 Mahir Emreli Kayzerslautern (Almaniya) 28 Renat Dadaşov Motor (Polşa) AFFAMənbə: lent.az