IMG-LOGO

Madriddə etirazçılar Sançes hökumətinin istefasını tələb ediblər

23 May 2026 14:05 3 baxış
IMG

Madriddə bir neçə yüz nəfər İspaniyanın fəaliyyətdə olan Baş naziri Pedro Sançesin istefası tələbi ilə kütləvi yürüşdə iştirak edib.

Bu barədə "Report" ölkənin "EFE" agentliyinə istinadən xəbər verir.

Yürüş iştirakçıları hökumətin miqrasiya siyasəti və fəaliyyətindən narazılıqlarını ifadə edib, Sançesin və daxili işlər naziri Fernando Qrande-Marlaskanın ünvanına təhqirlər səsləndiriblər.

Tədbir 150-dən çox təşkilatı özündə birləşdirən vətəndaş cəmiyyəti tərəfindən təşkil edilib. Tədbirdə "Vox" partiyasının lideri Santyaqo Abaskal, eləcə də Avropa Parlamentinin deputatı Xorxe Buksade iştirak edib.

Mənbə: report.az

Xəbər lenti