IMG-LOGO

ABŞ "Green card" qaydalarını çətinləşdirir

23 May 2026 15:10 4 baxış
IMG
1 0

ABŞ Prezidenti Donald Tramp administrasiyası “green card” (daimi yaşayış icazəsi) verilməsi qaydalarını sərtləşdirib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbilərin böyük əksəriyyəti artıq sənədlərini ABŞ ərazisində deyil, ölkədən kənarda təqdim etməli olacaq.

Tələbə, turist və ya iş vizası ilə ABŞ-da müvəqqəti yaşayan şəxslər “green card” üçün müraciət etmək istəyirlərsə, öz ölkələrinə qayıdaraq sənədləri oradan təqdim etməlidirlər. Əvvəllər bir çox müraciətçi ABŞ daxilində status dəyişdirərək yaşayış icazəsi ala bilirdi.

Yeni qaydalara görə, yalnız fövqəladə və istisna hallarda ABŞ daxilində müraciət etməyə icazə verilə bilər.

Green cart qaydaları

Mənbə: lent.az

Xəbər lenti