IMG-LOGO

Bu yay turistlərin artıq qəbul edilməyəcəyi səkkiz ölkə

23 May 2026 16:59 3 baxış
IMG
0 0

Bir vaxtlar turistlərin ən çox üz tutduğu ölkələr indi yüksək vergilər və sərt qaydalarla səyahətçiləri uzaqlaşdırmağa başlayıb. Ekspertlər hesab edir ki, artıq bəzi məşhur istiqamətlər orta gəlirli turistləri qəbul etmək istəmir və müxtəlif məhdudiyyətlərlə yalnız imkanlı qonaqları cəlb etməyə çalışır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir sıra ölkələr yüksək turist vergiləri, cərimələr və bürokratik maneələr tətbiq edərək turizmi elit seqmentə yönəltməyə çalışır.

Lakin ekspertlər bildirirlər ki, bu siyasət artıq həmin ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməyə başlayıb. Turistlər isə baha və məhdudiyyətlərlə dolu marşrutlar əvəzinə daha rahat və qonaqpərvər alternativ istiqamətlər seçməyə üstünlük verirlər.

Siyahının ilk sırasında Tailand yer alır. Ölkə hakimiyyəti büdcəli turistlərin sayını azaltmağa çalışır. Vizasız qalma müddəti 60 gündən 30 günə endirilib, sərhədi keçən turistlərdən əlavə təxminən 300 bat vergi alınmağa başlanıb. Nəticədə turist axınında azalma müşahidə edilir. Ekspertlər alternativ kimi Malaziyanı tövsiyə edirlər. Ölkə bir çox dövlət vətəndaşı üçün 90 günlük vizasız rejim təqdim edir və paytaxt Kuala turist infrastrukturu ilə sürətlə inkişaf edir.

İspaniya da turistlər üçün daha çətin istiqamətlərdən biri hesab olunur. Yerli sakinlərin kütləvi etirazları ilə yanaşı, hökumət turist vergilərini artırır və səyahətçilər haqqında geniş şəxsi məlumatlar toplayır. Alternativ olaraq isə Monteneqro məsləhət görülür. Burada həm Aralıq dənizi sahilləri, həm də zəngin tarix turistləri daha sərbəst şəkildə qarşılayır.

İtaliyada isə bir çox tarixi şəhər artıq açıq səma altında ödənişli muzeyə çevrilib. Venesiya şəhərinə giriş ödənişlidir,  Küçədə yemək yemək və ya tarixi pilləkənlərdə oturmaq kimi hallara görə turistlər cərimələnə bilir. Alternativ istiqamət kimi Kroatia tövsiyə olunur.

ABŞ-da turist siyasətini sərtləşdirən ölkələr sırasındadır. Sərhəd yoxlamaları gücləndirilib, milli parkların qiymətləri artırılıb və bəzi ölkələrin vətəndaşları üçün 15 min dollarlıq depozit tələbi tətbiq olunub. Ekspertlər bunun əvəzinə Panamanı seçməyi məsləhət görürlər.

Hollandiya paytaxtı Amsterdam isə turistlərə qarşı reklam kampaniyaları ilə gündəmə gəlib. Şəhər turistləri gəlməməyə çağırır və yaşayış vergisini 21 faizə qədər yüksəldib. Alternativ olaraq Danimarka və xüsusilə Kopenhagen ön plana çıxır. Burada turistlər ekoloji davranışa görə pulsuz yemək və muzey biletləri əldə edə bilirlər.

İslandiya isə avtomobil icarəsi ilə bağlı yeni qaydalar tətbiq edib. İcarəyə götürülən avtomobillərin qət etdiyi məsafə izlənilir və turistlərdən əlavə yol ödənişləri tələb olunur. Ekspertlər təbiət həvəskarlarına bunun əvəzinə Norveçi tövsiyə edirlər.

Siyahının sonuncu ölkəsi Kanada olub. Burada viza prosedurları sərtləşdirilib və bəzi turistlər avtomatlaşdırılmış sistemlər səbəbindən viza ala bilmirlər. Alternativ istiqamət kimi isə Argentina göstərilir. 

Ölkələr Asiya Avropa

Mənbə: lent.az

Xəbər lenti