IMG-LOGO

UKMTO: Ədən körfəzində piratçılıq artıb

23 May 2026 18:42 5 baxış
IMG

Ədən körfəzində pirat fəaliyyətinin artması müşahidə olunub.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

"Mərkəz Ədən körfəzində şübhəli fəaliyyətlə bağlı müxtəlif mənbələrdən məlumatlar alıb. Pirat qayıqlarının gəmilərə yaxınlaşması ilə bağlı çoxsaylı məlumatlar daxil olub. İki xarici mühərrikli böyük bir qayıqda nərdivan və silahlar müşahidə edilib.

Ərazidən keçən gəmilərə ehtiyatlı olmaq, dəniz təhlükəsizliyi qaydalarına əməl etmək və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur", - deyə açıqlamada bildirilib.

Mənbə: report.az

Xəbər lenti