IMG-LOGO

Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb

23 May 2026 19:53 3 baxış
IMG

Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin tələbi ilə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.

"Report" xəbər verir ki, Paşinyanın şənbə günü seçki kampaniyası zamanı çıxışında bir kişi ona yaxınlaşaraq Baş nazir vəzifəsindən istefa verməsini qışqırb.

"Əgər 700.000 nəfər - bu, seçicilərin 50 faizindən çoxu - "Nikol, qal" desə, Nikol qalacaq. Əgər xalq "Nikol, get" desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir", - deyə o bildirib.

Mənbə: report.az

Xəbər lenti