IMG-LOGO

U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb

23 May 2026 22:55 3 baxış
IMG

Azərbaycan güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında qazandıqları medalların sayı altıya çatıb.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Elvin Necəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabıyla geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.

Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya "tuş"la məğlub olaraq gümüş medalı boynundan asıb.

Beləliklə, güləşçilərimizin cari yarışda medallarının sayı 6-ya (4 qızıl, 1 gümüş və 1 bürünc) çatıb.

Mənbə: report.az

Xəbər lenti