IMG-LOGO

Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub

24 May 2026 01:36 5 baxış
IMG

"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel "Formula 1" üzrə dünya çempionatının beşinci mərhələsi olan Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

"Report" xəbər verir ki, onun italiyalı komanda yoldaşı Kimi Antonelli ikinci yeri tutub.

"McLaren" komandasından olan britaniyalı Lando Norris ilk üçlüyü tamamlayıb.

Yarış bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Mənbə: report.az

Xəbər lenti