IMG-LOGO

ABŞ Yaponiyaya Tomahawk raketlərinin çatdırılmasını təxirə salacaq

24 May 2026 01:08 5 baxış
IMG

ABŞ İrana qarşı müharibənin yaratdığı silah çatışmazlığı səbəbindən Yaponiyaya Tomahawk qanadlı raketlərinin çatdırılmasını təxirə salacaq.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Aprel ayında Yaponiyanın Baş Nazirlər Kabinetinin katibi Minoru Kihara 2025-2027 maliyyə illəri arasında 1600 kilometr mənzilli 400 Tomahawk raketinin çatdırılması planının qüvvədə qaldığını bildirmişdi. Lakin nəşrin məlumatına görə, çatdırılma tarixi indi iki il təxirə salına bilər.

"Bloomberg"in aprel ayında verdiyi məlumata görə, ABŞ Yaponiyaya İranla qarşıdurma zamanı ehtiyatlarının tükənməsi səbəbindən 2028-ci ilin mart ayına qədər 400 Tomahawk qanadlı raketi çatdıra bilməyəcəyi barədə məlumat verib.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, ABŞ İrana qarşı müharibənin ilk beş həftəsində 1000-dən çox Tomahawk raketi atıb. Hərbi əməliyyatlar başlamazdan əvvəl ABŞ-ın arsenalında ümumilikdə 3100 belə raket olub

Mənbə: report.az

Xəbər lenti