IMG-LOGO

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib

24 May 2026 13:29 4 baxış
IMG

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Siyahıda İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləri yer alıb.

Mənbə: report.az

Xəbər lenti