IMG-LOGO

Möhsün Rezai: Tramp və ABŞ Ordusu çıxılmaz vəziyyətdədir

24 May 2026 20:53 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp və Birləşmiş Ştatların Ordusu çıxılmaz vəziyyətdədir.

"Report" xəbər verir ki, bunu İran ordusunun generalı Möhsün Rezai deyib.

"Əgər onlar müharibəyə başlasalar, qarşılarında qaranlıq və sonsuz bir dəhliz açılacaq; Hörmüz boğazından başlayan, Fars körfəzinə, Oman dənizinə, Bab əl-Məndəb boğazına və Hind okeanına qədər davam edən, çox genişmiqyaslı müharibəyə səbəb olacaq bir dəhliz", - Rezai bildirib və əlavə edib ki, Hörmüz boğazı azad ticarət üçün bağlanmayıb.

Onun sözlərinə görə, bu su yolu regiondakı müharibə səbəbindən bağlanıb: "İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin hazırkı idarəetməsi müxtəlif ölkələrin gəmilərinin qeydiyyatdan sonra bu marşrutdan təhlükəsiz şəkildə keçməsini təmin edir.

Hörmüz boğazına qarşı hər hansı hərbi əməliyyat və Fars körfəzinə daxil olmaq cəhdləri İranın sərt cavabı ilə nəticələnəcək.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Mənbə: report.az

Xəbər lenti