IMG-LOGO

Füzulidə FACİƏ: kişini ildırım vurub öldürdü

24 May 2026 23:05 6 baxış
IMG
0 0

Füzuli rayonunda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zobuçuq qəsəbəsində qeydə alınıb.

Belə ki, əslən Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən olan Əlyar Güləhməd oğlu Hacıyev at belində qoyun otararkən onu ildırım vurub.

Nəticədə 77 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

füzuli ildırım

Mənbə: lent.az

Xəbər lenti