IMG-LOGO

CHP-də Kamal Kılıçdaroğlunun partiyadan uzaqlaşdırılması tələb olunur

24 May 2026 23:33 5 baxış
IMG

Cümhuriyyət Xalq Partiyasının (CHP) Ayvalık Rayon Təşkilatının sədri Hüseyn Şalmanlı vəkili Məhərrəm Sayqı vasitəsilə CHP Sədri Kamal Kılıçdaroğlu barəsində intizam araşdırmasının açılması və qəti xaric olunma qərarının verilməsi tələbi ilə müraciət edib.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Müraciətdə CHP nizamnaməsinin və intizam əsasnaməsinin bütün partiya üzvləri və orqanları üçün məcburi olduğu vurğulanaraq, heç bir məqamın partiya nizamnaməsi və intizam müddəalarından üstün olmadığı bildirilib:

"Partiyamızın sədri tərəfindən edilən bu haqsızlığı əsla qəbul etmirik. Daxili parçalanmaya səbəb olduğu üçün Kamal Kılıçdaroğlunu intizam komissiyasına da şikayət edirik", - müraciətdə qeyd olunub.

Şikayət ərizəsi Ayvalık Rayon Seçki Komissiyasına göndərilib.

Xatırladaq ki, 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CHP-nin mərkəzi qərargahından çıxarılıb. Qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kamal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasını əngəlləyib.

Qeyd edək ki, 2026-cı il mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Mənbə: report.az

Xəbər lenti