IMG-LOGO

Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub

25 May 2026 04:47 3 baxış
IMG

"Mercedes" komandasının italyan pilotu Andrea Kimi Antonelli "Formula 1" üzrə dünya çempionatının beşinci mərhələsi olan Kanada Qran-Prisinin qalibi olub.

"Report"un məlumatına görə, "Ferrari" komandasının britaniyalı pilotu Lüis Hamilton yarışda ikinci yeri tutub.

"Red Bull" komandasının niderlandlı pilotu Maks Verstappen isə üçüncü olub.

Antonelli bununla ardıcıl dördüncü qələbəsini qazanıb. O, həmçinin ümumi çempionat sıralamasında 131 xalla liderlik edir.

Mənbə: report.az

Xəbər lenti