IMG-LOGO

Holand üçüncü dəfə İngiltərə çempionatının bombardiri oldu

25 May 2026 05:43 5 baxış
IMG
0 0

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holand 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının ən məhsuldar futbolçusu olub.

Lent.az xəbər verir ki, Holand mövsümü 27 qolla başa vurub. Onun ən yaxın izləyicisi “Brentford”un braziliyalı hücumçusu İqor Tiaqo olub — 22 qol.

25 yaşlı futbolçu karyerasında üçüncü dəfə Premyer Liqanın bombardiri adını qazanıb.

Holand 2022-ci ildən “Mançester Siti”də çıxış edir. O, klubla iki dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunu qazanıb.

Mövsümü 78 xalla başa vuran “Mançester Siti” ikinci yeri tutub. “Arsenal” isə 85 xalla son 22 ildə ilk dəfə İngiltərə çempionu olub.

Erlinq Holand

Mənbə: lent.az

Xəbər lenti