IMG-LOGO

Marko Rubio Ermənistana səfər edəcək

25 May 2026 10:46 4 baxış
IMG

ABŞ Dövlət katibi Marko Rubio mayın 26-da Ermənistana səfər edəcək.

"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər zamanı M.Rubio Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək, bundan sonra isə mətbuat üçün birgə bəyanatla çıxış ediləcək.

Tərəflər həmçinin ikitərəfli sənədlərin imzalanmasını planlaşdırırlar.

Mənbə: report.az

Xəbər lenti