IMG-LOGO

Səfir: Afrika və Azərbaycan arasında strateji tərəfdaşlıq üçün böyük potensial var

25 May 2026 10:45 3 baxış
IMG

Afrika və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm strateji imkanlar mövcuddur.

"Report" xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş Bakıda "Afrika Günü": "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" tədbirində bildirib.

"Afrika ilə Azərbaycan suverenliyə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquqa sadiqlik, çoxtərəfliliyin dəstəklənməsi və əməkdaşlığın inkişafı da daxil olmaqla, mühüm prinsipləri və ümumi istəkləri bölüşür. Biz əminik ki, təlim, energetika, nəqliyyat əlaqəsi və logistika, təhsil, turizm, innovasiyalar və texnoloji əməkdaşlıq kimi sahələrdə Afrika və Azərbaycan arasında tərəfdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli potensial mövcuddur", - səfir qeyd edib.

A.Embarş vurğulayıb ki, Bakıdakı Afrika diplomatik korpusu Afrika və Azərbaycan arasında dostluğun, qarşılıqlı anlaşmanın və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə tam sadiqdir:

"Afrika diplomatik icması adından Prezident İlham Əliyevə və Azərbaycanın Xarici İşlər Nazirliyinə Afrika ilə davamlı qarşılıqlı fəaliyyətlərinə görə minnətdarlığımızı bildirirəm".

Mənbə: report.az

Xəbər lenti