IMG-LOGO

Putin mayın 27-29-da Qazaxıstana səfər edəcək

25 May 2026 10:33 4 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin mayın 27-29-da Qazaxıstana dövlət səfəri edəcək.

"Report"un məlumatına görə, bu barədə Akorda xəbər verir.

Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə baş tutacaq.

Danışıqlar zamanı dövlət başçıları Qazaxıstanla Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin mövcud vəziyyətini və möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Qeyd olunur ki, mayın 28-də Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının iştirakı ilə Avrasiya İqtisadi Forumu, mayın 29-da isə Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti