IMG-LOGO

Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

25 May 2026 11:33 5 baxış
IMG

Gömrükdən dərman preparatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Bildirilib ki, Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən dərman preparatları aşkar edilib.

İdarənin "Qırmızı Körpü" gömrük postunda ölkə ərazisinə qarışıq yük gətirən nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və nəqliyyat vasitəsinin kabin hissəsində şübhəli cizgilər müəyyən olunub.

Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinindən gömrük orqanına bəyan edilməyən 6 adda 496 ədəd dərman preparatı aşkar edilib.

Mənbə: report.az

Xəbər lenti