IMG-LOGO

Professor: Bu gün Azərbaycan dilinə ən böyük zərəri publisistik üslub vurur

25 May 2026 11:30 5 baxış
IMG

Bu gün Azərbaycan dilinə ən böyük zərəri publisistik üslub vurur.

"Report" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Professorun sözlərinə görə, Azərbaycan dilində alternativi olan sözü başqa dildə ifadə etmək doğru deyil:

"Bir vaxtlar Azərbaycan dilinə fars dili, sonra isə ərəb, monqol və rus dilləri təsir edib. Lakin Azərbaycan dilinin gücü bundadır ki, bu qədər təsirlərdən arına bilib, özünü qoruya bilib".

N.Məmmədli dialektoligiyanın ədəbi dil üçün bütün dövrlərdə baza rolu oynadığını vurğulayıb.

O, Azərbaycan dilinin üslubları ilə bağlı problemlərə də toxunub:

"Bu gün Azərbaycan dilinə ən böyük zərəri danışıq, elmi və ədəbi tərzlər yox, publisistik üslub vurur. İndi insanlar "təşəkkür" əvəzinə "tşk", "necəsən" əvəzinə "ncs" yazır. Bu, dilə vurulan ən böyük zərbədir".

Mənbə: report.az

Xəbər lenti