İranın xarici işlər naziri Abbas Əraqçi viza problemlərinə görə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında iştirak edə bilməyəcək.
"Report"un IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.
"Ümumi vəziyyəti nəzərə alaraq, bu səfər baş tutmayacaq. Bundan başqa, ABŞ vizaları ilə bağlı da problemimiz yaranıb. BMT Təhlükəsizlik Şurasının iclası, anladığım qədərilə, sabah və ya biri günə (27 may - red.) planlaşdırılıb, buna görə də bu səfər baş tutmayacaq", - o qeyd edib.
Mənbə: report.az