Bu il Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev qurumda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək:
"Bu il 10 daşına bilən çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək. Onlardan doqquzu həm satış, həm də kəsim, biri isə yalnız kəsim məntəqəsi olaraq fəaliyyət göstərəcək".
Mənbə: report.az