Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.
22:35
Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.
İran konsulMənbə: lent.az