IMG-LOGO

Ukrayna ordusu ilin sonunadək düşmənin arxasına zərbələrin sayını iki dəfə artıracaq

25 May 2026 13:53 3 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri ilin sonunadək düşmənin arxasına zərbələrin sayını ən azı iki dəfə artıracaq.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müşaviri Sergey Sternenко videomüraciətində bildirib.

"Düşmənimizə gəlincə, o, getdikcə daha çox dərin zərbələrə məruz qalacaq. Düşünürəm ki, ilin sonunadək Ukraynanın Rusiya ərazisinə zərbələri ən azı iki dəfə artacaq", – o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti