İsrail Müdafiə Ordusu nəzarət etdiyi ərazini genişləndirərək Qəzza zolağında mövcudluğunu gücləndirib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzet qeyd edib ki, əgər əvvəllər İsrail ordusu anklav ərazisinin 53 %-nə nəzarət edirdisə, hazırda bu göstərici 59 %-ə çatıb.
Mənbələrin sözlərinə görə, genişlənmə İsrail qoşunlarının ərazilərin bölgüsünü bildirən "sarı xətti" HƏMAS-ın nəzarət zonasının dərinliklərinə doğru irəlilətməsindən sonra baş verib.
Mənbə: report.az