IMG-LOGO

Azərbaycan tomat ixracından gəlirini artırıb

25 May 2026 13:12 5 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 58 min 470 ton tomat ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 75 milyon 138 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 406,2 min dollar (0,5 %) çox, həcm baxımından isə 1 678 ton (2,7 %) azdır.

Hesabat dövründə tomat ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Mənbə: report.az

Xəbər lenti