IMG-LOGO

Tələbə selfinin qurbanı oldu

25 May 2026 14:01 4 baxış
IMG
1 0

Rusiyanın İrkutsk vilayətində 24 yaşlı tələbə qayalığın kənarında foto çəkdirərkən ölüb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hadisə Usolye rayonunda yerləşən və mənzərəli görünüşü ilə tanınan Ağ qayalarda baş verib.

Gənc qız şəkil çəkdirmək məqsədilə yüksəkliyə qalxaraq qayalığın dar çıxıntısında poz verib. O, geri enmək istəyərkən ayağının altındakı daşlı səth qəfil çöküb. Nəticədə o, tarazlığını itirərək təxminən 100 metr hündürlükdən aşağı yuvarlanıb.

Yaralını xəstəxanaya çatdırmağa çalışsalar da, aldığı ağır xəsarətlər nəticəsində vəfat edib. 

qayalıq yıxıldı

Mənbə: lent.az

Xəbər lenti