IMG-LOGO

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: evə girən oğru ər-arvadı öldürdü

25 May 2026 13:32 4 baxış
IMG
6 0

Bakıda qətl hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində yerləşən mənzillərdən birinə qarət məqsədilə daxil olan naməlum şəxs ev sahibləri - 80 yaşlı Sabir Əliyev və həyat yoldaşı, 66 yaşlı Zöhrə Əliyevanı bıçaqlayıb.

Nəticədə ər-arvad hadisə yerində ölüblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 29 yaşlı Murad Niftəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Hadisələr cinayət işi kriminal xəbərlər

Mənbə: lent.az

Xəbər lenti