IMG-LOGO

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib

25 May 2026 16:50 4 baxış
IMG

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.

"Report" xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.

Məlumat üçün bildirək ki, Balakişi Qasımov 2018-ci ildə də Yayım Şurasının üzvlərinin səsverməsi nəticəsində İTV-nin baş direktoru seçilib.

Baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

Mənbə: report.az

Xəbər lenti