IMG-LOGO

AMB: Qeyri-iş günlərində bəzi bank filialları və valyuta mübadilə məntəqələri açıq olacaq

25 May 2026 16:41 4 baxış
IMG

Mayın 27-31-nə olan qeyri-iş günlərində bankların və "Azərpoçt" MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

"Report" bu barədə Mərkəzi banka istinadən xəbər verir.

Məlumata görə, bayram günlərində ölkədə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), "Azərpoçt" MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Banklar

"Azərpoçt" MMC

Valyuta mübadilə məntəqələri

Mənbə: report.az

Xəbər lenti