IMG-LOGO

Nazirliyin keçmiş əməkdaşının MƏHKƏMƏSİ - Hökm oxundu

25 May 2026 17:09 3 baxış
IMG
1 0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə Eyvaz Niftalıyevin 10 il, Ramis Hümmətovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini və R. Hümmətovun övladının yaşının 14 yaşına çatana kimi onun hökmünün təxirə salındığını elan edib.

Xatırladaq  ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub.

Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Eyvaz Niftaliyev su vulkanlarının tədqiqatın aparılması ilə bağlı şəxslərə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib. Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib.

Məhkəmə

Mənbə: lent.az

Xəbər lenti