IMG-LOGO

Ərdoğan: Yaxın Şərqdə müharibənin yenidən alovlanması heç kimin xeyrinə deyil

25 May 2026 18:21 4 baxış
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Al Səidlə telefonla danışıb və Yaxın Şərqdəki müharibənin yenidən alovlanmasının heç kimin xeyrinə olmadığını xatırladıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu Ajansı" məlumat yayıb.

Ərdoğan diplomatik addımların dəstəklənməsinin əhəmiyyət kəsb etdiyini, Türkiyə olaraq bölgə ölkələri ilə birlikdə qalıcı sülh üçün səy göstərdiklərini bildirib.

O, həmçinin Türkiyə olaraq Fələstin torpaqlarında sülh və sabitliyin bərqərar olması üçün də çalışdıqlarını qeyd edib.

Mənbə: report.az

Xəbər lenti