İmişlidə baş verən qəzada yaralanan şəxslərdən daha bir nəfəri ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, ötən gün İmişli şəhərində baş verən qəzada ölənlərin sayı üçə çatıb.
Ağır vəziyyətdə İmişli xəstəxanasının reanimasiya şöbəsində müalicə alan "Tayota Prius"un sürücüsü İmişli şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Murad Vəli oğlu ölüb.
***
1018
Mayın 24-də saat 23:00 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
"Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır və orta-ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. 3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.
Göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib".
Qeyd edək ki, hadisə nəticəsində daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
saat 00:17
İmişlidə baş verən ağır yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli şəhəri ərazisində qeydə alınıb. “Mercedes” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər həyatını itirib, daha 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
İmişli qəzaMənbə: lent.az