IMG-LOGO

Babəkdə qəzada yaralanan 6 nəfərdən biri ölüb

26 May 2026 00:31 4 baxış
IMG

Mayın 23-ü gecə saatlarında Babək rayonu Çeşməbasar kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərdən biri həyatını itirib.

"Report"un yerli bürosunun məlumatına görə, "Hyundai" markalı avtomobilin aşması nəticəsində ağır xəsarət alan Əlizadə Nail İlham oğlu həkimlərin səylərinə baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.

Qəza zamanı yaralanan digər şəxslər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Vəliyev Şahin Elxan oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicələri davam etdirilir.

Şahin Vəliyevin vəziyyəti isə ağır qiymətləndirilir.

Mənbə: report.az

Xəbər lenti