IMG-LOGO

Azərbaycan bankı öz ipoteka modelini Özbəkistan bazarına çıxarmağı planlaşdırır

26 May 2026 13:49 4 baxış
IMG

Azərbaycan Beynəlxalq Bankı (ABB) öz ipoteka modelinin Özbəkistan bazarına çıxarılması perspektivlərini araşdırır.

"Report" xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə bildirib.

"Xüsusi olaraq "Sea Breeze" üçün unikal ipoteka proqramı hazırlamışıq və onun analoqu yoxdur - bu, həqiqətən maraqlı sistemdir. "Sea Breeze" yaşayış kompleksində iki mindən çox insan məhz birgə hazırladığımız ipoteka proqramı sayəsində mənzil və ev sahibi olub. Biz hətta bu məhsulların xaricə ixrac variantlarını da araşdırırıq. Zənnimcə, iştirakçıların bir çoxuna artıq məlumdur ki, Azərbaycan Beynəlxalq Bankı Özbəkistan bazarına daxil olmağa hazırlaşır.

"Sea Breeze"in bu ölkədə də inkişaf proqramları var. Özbəkistan bazarında bundan sonra da məhsuldar əməkdaşlığa ümid edirəm", - E.Həbibullayev vurğulayıb.

Mənbə: report.az

Xəbər lenti