"Formula 1" yarışlarının sabiq pilotu Mika Salo Tailandın paytaxtı Banqkokda bıçaqlanıb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə 59 yaşlı sabiq idmançı özü bildirib.
Onun sözlərinə görə, hadisədən sonra yollandığı xəstəxanada əzələsinə 8, dərisinə isə 20 tikiş qoyulub və hazırda vəziyyəti normaldır.
Qeyd edək ki, finlandiyalı sürücü 1994-2000-ci illərdə, həmçinin 2002-ci ildə "Formula 1" yarışlarında iştirak edib. O, "Lotus", "Ferrari" və digər komandalarda çıxış edib.
Mika Salonun ən yaxşı nəticəsi 1999-cu ildə Almaniya Qran-prisində 2-ci olmasıdır.
Mənbə: report.az