IMG-LOGO

"Kristal"ın bütün satış ofisləri bayram günlərində də işləyəcək

26 May 2026 14:39 5 baxış
IMG
2 0

Bayram günlərini yalnız istirahət deyil, həm də gələcəyin üçün doğru seçim etmək fürsətinə çevir. “Kristal”ın bütün satış ofisləri bayram günlərində də fəaliyyətini davam etdirərək müştərilərinə geniş layihə seçimi, sərfəli satış şərtləri və peşəkar xidmət təqdim edir.

Layihələrdə həm kiçik, həm də geniş sahəli mənzillər, hazır, təhvilə yaxın və tikintisi davam edən variantlar təqdim olunur. Bu isə hər zövqə və büdcəyə uyğun seçim etməyə imkan yaradır.

Müştərilər üçün təqdim olunan satış şərtləri də olduqca əlverişlidir. Bütün layihələrdə 20 ilədək ipoteka krediti mövcuddur. Bununla yanaşı, layihələr üzrə 36 ayadək daxili kredit və Evini hissə-hissə al” kampaniya imkanları təqdim edilir.

“Elmlər Akademiyası” ərazisində yerləşən “Merida Premium” layihəsində fəaliyyət göstərən  mərkəzi satış ofisində şirkətin bütün layihələri bir məkanda təqdim olunur. Müştərilər müxtəlif ərazilərdə yerləşən yaşayış kompleksləri, mənzil planları, qiymətlər və satış şərtləri ilə rahat şəkildə tanış olaraq özləri üçün ən uyğun variantı müqayisəli formada seçə bilirlər. Bu isə seçim prosesini daha rahat, sürətli və əlçatan edir.

 

“Kristal” layihələri Bakı, Xırdalan və Sumqayıtın prestijli və tələb olunan lokasiyalarını əhatə edir. Nərimanov, Yasamal, Bayıl, “Həzi Aslanov” metro stansiyası yaxınlığı, Biləcəri və Sumqayıtda yerləşən layihələr fərqli həyat tərzi və büdcələrə uyğun geniş seçim imkanları yaradır.

Şəhərin mərkəzində premium və yaşıllıqlarla əhatələnmiş həyat arzulayanlar üçün 17,3 hektarlıq geniş yaşıllıq ərazisinə malik “City Garden Narimanov” layihəsi xüsusi seçilir. Dəniz mənzərəsi və bulvara yaxınlıq istəyənlər üçün “Kristal Towers”, rahat və funksional yaşayış konsepti axtaranlar üçün “Park Yasamal”, şəhər mərkəzində komfort və prestiji bir arada görmək istəyənlər üçün isə “Highland Residence” ideal seçimdir. Sumqayıtda dənizkənarı həyat arzulayanlar “Sahil Parkı”nı, metroya yaxın və əlverişli yerləşmə üstünlüyü axtaranlar  “Biləcəri”, sərfəli şərtlərlə kompleks həyat arzulayanlar isə Yeni Sumqayıt layihələrini dəyərləndirə bilərlər.

İqtisadiyyat

Mənbə: lent.az

Xəbər lenti